Ali Məhkəmə Saday Şəkərlini həbsdə saxladı

  • By admin
  • 11 Yanvar 2017 14:35

SADAY

 Şair Saday Şəkərli həbsdə qaldı. 

Gununsesi.info-nun xəbərinə görə, yanvarin 11-də Ali Məhkəmədə həbsdə olan yazıçı-şair Saday Şəkərlinin kassasiya şikayətinə baxılıb. Məhkəmə Saday Şəkərlinin şikayətini təmin etməyib. S.Şəkərlinin vəkili Bəhruz Bayramovun verdiyi məlumata görə, məhkəməiclasından əvvəl yazıçışairin ictimai müdafiəçiləri Azərbaycan Yazıçılar Birliyinə müraciətünvanlayıblar. Müraciətdə Saday Şəkərlinin günahsız olduğu vurulanır. Onun azadlığa çıxmasına dəstək verilməsi istənilir.

“Ümid edirik ki, Azərbaycan Yazıçılar Birliyi öz tanınmışüzvünün azadlığa qovuşmasıüçün nəhayət ki,əməli bir iş görəcək. S.Şəkərliyə azadlıq xahişi ilə Rusiya Yazıçılar İttifaqının 50-dən artıq dünyaşöhrətli yazıçı vəşairləri,eləçə də məşhur sənət adamları Azərbaycan prezidentinə vəölkənin birinci xanımına müraciətlər ünvanlayıblar. Buna rəğmən, AYB indyə qədər heç bir ciddi addım atmayıb”, müraciətdə deyilir.

Qeyd edək ki, Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində mayın 16-da çıxarılan hökm ilə 10 il azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsi isə həmin hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi isə qərarla razılaşmayaraq kasasiya şikayəti verib.

Şair həbsini tənqidi məzmunda olan “Qurd ürəyi” adlı kitabının çapı iləəlaqələndirir. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

Hüquq müdafiə təşkilatları bir müddət əvvəl Sadaya Şəkərlini “siyasi məhbus” elan ediblər.

 Gülnaz Qənbərli

Gununsesi.info