Bu gün lisenziyası ləğv olunmuş ANS-in məhkəməsidir.
Proses Ali Məhkəmədə keçiriləcək.
Saat 16:15-ə təyin edilən proses Azərbaycan Respublikası Ali Məhkəməsində ANS ÇM-in kasassiya şikayətləri üzrə keçiriləcək.
Gununsesi.info-nun xəbərinə görə, kasassiya şikayəti Milli Teleradio Şurasının 18 iyul 2016-cı il tarixli ANS ÇM-in lisenziyasına xitam verilməsinə dair qərarından verilib.
Belə ki, Milli Teleradio Şurasının 18 iyul 2016-cı il tarixli şikayəti əsasında ANS ÇM-in Lisenziyasının xitam verilməsinə dair qərar qəbul edilib.
Sonradan ANS ÇM-in bununla bağlı Apellyasiya Məhkəməsinə müraciəti təmin edilməmişdi.
Bu gün isə Ali Məhkəmədə hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə Apellyasiya Məhkəməsinin qərarından şikayətə baxılacaq.
Gülnaz Qənbərli
Gununsesi.info