Ali Məhkəmədə Azərin qətlində təqsirləndirilənlərin şikayətinə baxılacaq

  • By admin
  • 09 Avqust 2016 11:36

azer

 

Bu gün Ali Məhkəmədə “Zaminbank”ın filial müdiri olmuş Azər Məmmədovun qətlində təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərov barəsində Bakı Apellyasiya Məhkəməsinin prosesin məhkəmə istintaqı olmadan keçirilməsi barədə qərarından verilən şikayətə baxılacaq.

Bu barədə Gununsesi.info-ya açıqlamasında M.Səfərovun vəkili Cavid Rzazadə məlumat verib. Saat 16:00-da başalayacaq prosesə hakim Gülzar Rzayeva sədrlik edəcək.

Vəkil bildirib ki, Apellyasiya Məhkəməsi sübutlara, o cümlədən, ictimaiyyətdən gizlədilən, amma sonra müdafiə tərəfinin tapıb yaydığı hadisəni əks etdirən videoya qiymət vermədən işə baxılması barədə qərardan narazı qalıblar və kassasiya şikayəti veriblər: “Sifarişli məhkəmə qərarlarında verilən şikayətə obyektiv şəkildə baxılmasına ümid yalnız Ali Məhkəməyə qalıb. Bu gün şikayət təmin edilməzsə, heç bir cinayət törətməyən Mövlud Səfərov 20 il cəza çəkəcək”.

Qeyd edək ki, hadisə ötən ilin aprelin 21-də “Avropa” otelinin idman zalındz baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev və M.Səfərov Azər Məmmədovu qətlə yetirməkdə, Ruslan Əfəndiyevi və Ceyhun Nağıyevi yaralamaqda təqsidləndiriliblər. Sənan Quliyev ömürlük, Mövlud Səfərov 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

Gununsesi.info