Ali Məhkəmədən koronavirus açıqlaması

  • By admin
  • 18 İyun 2020 15:12

Ali Məhkəmədən bir müddət öncə dərc etdiyimiz koronavirusa yoluxma ilə bağlı xəbərə münasibət bildirilirb.

Gununsesi.org xəbər verir ki, rəsmi açıqlamada qeyd edilir ki, Ali Məhkəmədə koronavirusla bağlı mütəmadi olaraq testlər keçirilir.

“Lakin indiyədək Ali Məhkəmənin heç bir əməkdaşında və hakimində “GOVİD-19” la bağlı testlər müsbət çıxmamışdır”, – deyə qurumdan bildirilib.

Qeyd edək ki, bir neçə saat öncə Ali Məhkəmənin bir neçə işçisinin koronavirusa yoluxduğu və həmin işçilərin Təcili Tibbi Yardımla ixstisaslaşdırılmış xəstəxanaya aparıldığını xəbər vermişdik. Təkzib edilməsin baxmayaraq, mənbəmiz xəbərin dəqiqliyində israr edir.

Gununsesi.org