Ali Məhkəmədən növbəti biabırçılıq - VƏKİL BƏHRUZ BAYRAMOV YAZIR

  • By admin
  • 27 Fevral 2023 09:57
Mən Bəhruz Bayramov, 16 illik vəkilliyim dövrümdə rastlaşmadığım hadisə ilə rastlaşdım.
Ölkəmizin Ali Məhkəməsi Ramiz Rzayevin sədrliyi və göstərişi ilə növbəti absurdluğa imza atdı.
2022-ci ildə müvəkkilim Aygün Əliyevanın haqsız işdənçıxarılma əmrini qanunsuz sayan Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək yeni baxışa göndərdi, Bakı Apellyasiya Məhkəməsi işə bir də əsaslı baxaraq Aygün Əliyevanın bu dəfə lehinə qərar çıxardı. 26 fevral tarixində lehimizə olan qərarı bir daha ləğv edərək qeyri-iş günündə 25 yanvar tarixli ilə sistemə yükləndi. 1 ay geri tarixlə və qeyri-iş, üstəgəl belə bir tarixi əhəmiyyətli gündə.
Bu gün Aygün Əliyeva ağır vəziyyətdə ölüm həddindədir, canına qəsd edəcək. Mən də bu hadisə ilə barışmayaraq Ali Məhkəmənin qarşısında, ölkə ictimaiyyəri və beynəlxalq qurumların iştirakı ilə canıma qəsd edəcəm. Artıq bəsdir!!!
Amma ondan əvvəl qoy hər kəs həqiqətləri bir daha bilsin.
Qərardan az sonra Aygün Əliyevanı haqsız işdən çıxarmış Aslan Aslanov Ali Məhkəməyə kassasiya şikayəti verdi, az sonra isə önun özünü işdən çıxardılar. Yeni gələn Vüqar Əliyev bir neçə dəfə Aygün Əliyeva ilə əlaqə saxlayaraq, “sən haqlısan, Aslan əclaflıq edib səni neçə ildir işsiz qoyur, hər şeyi sırf şəxsi-qərəzlikdən edib, amma biz niyə sənə təzminat verək, gəl maddəni götürək, amma səni nə işinə bərpa etməyəcəyik, nə də təzminatını ödəməyəcəyik” deyərək yola gətirməyə çalışıb. Aygün Əliyeva isə “axı dövlətim kasıb deyil, mən haqqım olanı tələb edirəm. Mən təzminatda da güzəştə gedəcəyəm, əvvəlki işimə də bərpada israr etməyəcəm, amma mənim çoxlu borcum var, bu dövrdə mənə iş verməyiblər, verənə də Aslanov şəxsən zəng edib çıxartdırıb, bəs mən necə edim?” soruşanda Vüqar Əliyev ona “Aslanovun günahını biz niyə ödəyək?” cavabı verib. Bütün yazışmalar və danışıqlar əlimizdə mövcud olsa da etik baxımdan yayımlamadıq.
Biz dəfələrlə təzminatın məbləğini öyrənməyə çalışdıq, amma Vüqar Əliyev israrla demədi. Lakin orda-burda həmin məbləğin 250-300 min manat olduğunu desələr də, təzminatın məbləği 80 min manatdan çox deyildi. Biz o məbləğin belə yarısına razı idik. Bu, bir insanın 2.5 illik həyatından baha ola bilməzdi.
Daha sonra məlum olur ki, AZƏRTAC-ın yeni rəhbəri birbaşa Ramiz Rzayevə zəng edərək “bu qızı uduzdurmaq lazımdır, biz ona 300 min manat təzminatı verə bilmərik” kimi absurd xahiş edir. Ramiz Rzayev də bir daha öz sifətini göstərərək müvəkkilimin qərarını ləğv edərək yenidən (!) Apellyasiya Məhkəməsinə göndərməyi tapşırır. Absurdluğun ikinci hissəsi burada başlayır: eyni iş üzrə qərar əvvəl əleyhinə, sora lehinə olaraq hər iki halda Ali Məhkəmə tərəfindən bəyənilmir. (bütün yazdıqlarım sübutludur).
Bunu öyrənən müvəkkilim ağır böhran yaşayır, intihara cəhd edir. Bu intihar xəbəri mediaya düşəndən az sonra mənə Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli şəxsən zəng edərək “Mən sizinlə Ramiz Rzayevin adından danışıram, bu iş deyildiyi kimi deyil, qərar Aygün Əliyevanın xeyrinə verilib, sistemdəki məlumat texniki xətadır, qərar verilməyib, narahat olmayın, düzəldəcəyik. Aygün Əliyevanı günlərlə sakitləşdirdik, Allahverdi Məmmədli hər gün zəng etdi, atası ilə dost olduğunu vurğuladı. Hətta məqalələri də mediadan sildirib “biz bu işi həll edib qızın haqqını bərpa etmişik” dedilər. Lakin sən demə hər şey keçiriləcək Ali Məhkəmənin yaranmasının 100 illiyi ilə bağlıymış. Tədbirdən dərhal sonra Allahverdi Məmmədli dediklərinin hamısını unudaraq “hə də, Apellyasiyaya göndərmişik ki, bir də baxılsın bu işə” dedi. Bunlar da əlimizdə səsyazısı olaraq mövcuddur.
Bakı Apellyasiya Məhkəməsinin Aygün Əliyevanın lehinə verdiyi qərar ölkənin bir çox məşhur hüquqşünasları, Milli Məclisin Hüquq siyasəti Komitəsi tərəfindən diqqətlə oxunaraq geri qaytarılmasına hüquqi əsas olmadığı dəfələrlə vurğulanıb. Hər iki qərarı burada açıq paylaşacağam.
Və ən əsası, bu dövr ərzində mən Aygün Əliyevanın ağzından bir dəfə belə olsun dövlətə, dövlətçiliyə etiraz eşitmədim. Bu iş Avropa İnsan Hüquqları Məhkəməsinə gediləcək və udulacaq işdir. Amma Aygün Əliyeva hər dəfə belə olmayacağını, onun dövlətinin, qanunlarının və ədalətin onu qoruyacağına inandı.
Təəssüf…

Bəhruz Bayramov
Vəkil