Ali Məhkəmənin media ilə formal əlaqələri - TƏQAÜDƏ GÖNDƏRİLMİŞ HAKİM HƏLƏ DƏ MƏTBUATLA İŞ ÜZRƏ MƏSUL ŞƏXSDİR

  • By admin
  • 11 Noyabr 2022 14:09

Azərbaycan mediasının ən ciddi problemlərindən biri müvafiq icra hakimiyyəti  və məhkəmə hakimiyyəti orqanlarından hansısa sorğularına cavab almaqla bağlıdır.

Baxmayaraq ki, Azərbaycanda “İnformasiya əldə etmək haqqında” müvafiq qanun var, amma bu  qanun reallıqda işləmir.

HTML tutorial

Bu mövzuya toxunmağımızın səbəbi isə Ali Məhkəmədən dövlət və vətəndaş üçün mühüm olan bir məsələ haqqında mövzuya aydınlıq gətirmək idi.

Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi  dünən ölkəmizdə mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulması və məhkəmələrin bu şikayətləri düzgün araşdırmamasına görə  Azərbaycan hökuməti əleyhinə qərar qəbul edib.

Qeyd edək ki, 100-ə yaxın vətəndaş ərizəsi ilə bağlı qərarda söhbət Bakının Füzuli küçəsindəki kütləvi söküntüdən bəhs edilir.

Gununsesi.info -nun Avropa Məhkəməsinin bu qərarı ilə bağlı şərh almaq üçün Ali Məhkəməyə etdiyi cəhdlər uğursuz olub.

Ali Məhkəmənin saytındakı mətbat katibi kimi qeyd olunan  Məmmədli Allahverdi Məhərrəm oğlununun telefonu davamlı zənglərimiz baxmayaraq cavabsız qaldı.

Ali Məhkəmənin rəsmi saytında guya KİV-lə əməkdaşlıq üçün ayrıca bölümün olması və orada hər bir kollegiya üzrə məsul hakimin də sözçü kimi qeyd olunması isə formal  xarakter daşıyır.

Buna əyani sübut isə Ali Məhkəmə saytında  mətbuatla əlaqələr üzrə məsul şəxs kimi göstərilən hakim Fərhad Kərimovun bir neçə ay əvvəl təqaüdə göndərilməsidir.

 

Pərviz

Gununsesi.info