Ali məktəblərə sənəd verənlərin sayı artıb

“Bu il 107 188 abitutiyent ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib. Ötən il bu rəqəm 99 538 nəfər idi”.

Gununsesi.info xəbər verir ki, bu barədə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, buraxılış imtahanlarının gedişatı ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

HTML tutorial

O qeyd edib ki, 83 717 abituriyent həm ali, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istədiyini qeyd edib: “Bu il ərizə qəbulunda iştirak edən abituriyentlərdən 84 159 nəfər cari, 23 029 nəfər isə əvvəlki illərin məzunlarıdır. 98 119 nəfər Azərbaycan, 9069 nəfər isə rus bölməsi üzrə sənəd verib”.

 

Gununsesi.info