Ali Məhkəmə də Əli Əliyevi həbsdə saxladı

  • By admin
  • 22 İyun 2022 14:04

Ali Məhkəmə VİP sədri Əli Əliyevin şikayətini təmin etməyib.

Bu barədə Gununsesi.info-ya partiya sədrinin vəkili Cavad Cavadov məlumat verib:
“Əl Əliyevin beş ay azadlıqdan məhrum edilməsi barədə ( CM-nin 147.1 maddəsi ilə) Bakı şəhər Yasamal rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 1(004)-58/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 14 fevral 2022-ci il tarixli, 1(103)-567/2022 saylı qərarından verdiyim kassasiya şikayətinə bu gün Ali Məhkəmədə Əziz Seyidovun sədrliyi ilə baxıldı. Qərar qüvvədə qaldı”.

Günay
Gununsesi.info