Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müxalif lider Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb.
Gununsesi.info-nun xəbərinə görə, prosesə sədrlik edən hakim İlqar Qılıcov Tofiq Yaqubludan tələbini soruşub.
Çıxış edən Tofiq Yaqublu ona bəraət verilməsini istəyib.
Tofiq Yaqublunun çıxışından sonra hakim İlqar Qılıcov müşavirə üçün vaxt lazım olduğunu deyərək, məhkəmə tarixini növbəti günlərə ertələyib.
Xatırladaq ki, Tofiq Yaqublu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Elmar












