Ali Məhkəmə vəsatətlərin əsaslandırılmadan rədd edilməsi ilə bağlı məsələni nəzarətə götürüb

  • By admin
  • 28 Sentyabr 2021 10:57

Ali Məhkəmə Vəkillər Kollegiyasının sədri Anar Bağırovun məhkəmələr tərəfindən vəkillərin qaldırdığı vəsatətlərin heç bir əsaslandırma olmadan rədd edilməsi barədə müraciətinə müsbət yanaşıb.

E-huquq.az-a istinadən Gununsesi.info-nun əldə etdiyi məlumata görə, artıq məsələ Ali Məhkəmə rəhbərliyi tərəfindən ciddi nəzarətə götürülüb. Problemlə bağlı Ali Məhkəmə Plenumu tərəfindən yaxın vaxtlarda zəruri tədbirlər görüləcək.

Xatırladaq ki, bir müddət öncə Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilləri narahat edən problemi ictimailəşdirib. Onun sözlərinə görə, vəkillər kifayət qədər əsaslandırılmadan və səbəbi göstərilmədən vəsatətlərin rədd edilməsindən narazıdırlar. Kollegiya sədri bildirib ki, işin hərtərəfli, tam və obyektiv araşdırılmasına yönəldilmiş vəsatətlər təmin edilməli, heç bir vəsatət kifayət qədər əsaslandırılmadan və səbəbi göstərilmədən rədd edilməməlidir.

Gununsesi.info