Ali Rada ümumi səfərbərlik haqqında fərmanı təsdiqlədi

  • By admin
  • 03 Mart 2022 20:41

Ukrayna Ali Radası prezidentin “Ümumi səfərbərlik haqqında” fərmanını təsdiq edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Parlamentin saytında hələlik neçə deputatın bu qanun layihəsinin qəbulunu dəstəklədiyi barədə məlumat yoxdur, çünki iclas bağlı qapılar arxasında keçib.

Qeyd edək ki, fevralın 25-də Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb.

Bildirilir ki, səfərbərlik bu fərman qüvvəyə mindiyi gündən 90 gün müddətində həyata keçirilir.

Gununsesi.info