Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018
19 Yanvar 2018

18 Oktyabr 2017 - 21:22

Ali Radanın qarşısında baş verən toqquşmalarda 11 nəfər saxlanılıb

silahli insident

Kiyevdə Ukrayna Ali Radasının binası qarşısında keçirilən etiraz aksiyası zamanı 11 nəfər saxlanılıb.

Gununsesi.info xəbər verir ki, saxlanılanlar polisə idarəsinə gətirilib. Hələ ki, onların hansı maddələr üzrə ittiham olunduqları məlum deyil.

Bu gün axşam saatlarında xüsusi təyinatlılar Ali Radanın qarşısında qurulan çadırları dağıtmağa cəhd edib. Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. İnsident nəticəsində deputat, “Samopomoş” partiyasının üzvü Yeqor Sobolev daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Birliyi və digər müxalif partiyaların tərəfdarları dünən səhərdən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir. Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.