2017-ci ildə ali təhsil sistemində yeni peşə standartlarının tətbiqinə başlanılacaq.
Gununsesi.info xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun hesabat tədbirində çıxış edərkən deyib.
Onun sözlərinə görə, əsas məqsədlərdən biri səriştəli təhsilverənlərin hazırlanmasıdır.
Nazir müavini qeyd edib ki, 2014-cü ildən etibarən müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb. Həmin ildə qiymətləndirmədən keçən müəllimlərin sayı 30 minə yaxın olub, 2015-ci ildə 60 minə çatıb. Bu il isə 26 bölgəni əhatə edən qiymətləndirmə nəticəsində diaqnostik qiymətləndirmədən keçən müəllimlərin sayı təxminən 100 minə nəfərə çatıb.
C.Bayramov əlavə edib ki, diaqnostik qiymətləndirmə ixtisasartırma təhsilinin müxtəlif modullar əsasında yeni formada ortaya qoyulmasını labüd edib. Onun sözlərinə görə, qiymətləndirməyə uyğun ixtisasartırmanın keçirilməsi lazımdır.
C,Bayramov onu da qeyd edib ki, siniflərdə inkişafedici tədris mühitinin yaradılmasında müəyyən boşluqlar var: “Biz bu sahəyə də diqqət yetirməliyik”.
Ali təhsil sistemində yeni peşə standartları tətbiq olunacaq
- By admin
- 24 Dekabr 2016 11:46
DİGƏR XƏBƏRLƏR
-
19 Avqust 2024 20:39
Məşhur Məmmədovun Masallı şəhər Mədəniyyət evində qadın seçicilərlə görüşü keçirilib
-
12 May 2024 13:04
Torpaqlarımızı öz canı-qanı bahasına azad edən gənc nəsil yetişdirildi
-
05 Fevral 2024 15:31
Kamaləddin Qafarov: “Avropa ölkəmizlə əməkdaşlıqda maraqlıdır”
-
03 Fevral 2024 14:00
Xalqa xidmət nümunəsi yaradan Lider!
-
30 Yanvar 2024 13:19
Dünya miqyaslı siyasi lider
-
28 Yanvar 2024 11:21
İnamla addımlayırıq
-
26 Yanvar 2024 11:38
AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil
-
22 Dekabr 2023 14:25
“Boykot” – sifarişli təxribatdır
-
20 Dekabr 2023 11:35
Enerji siyasətinin prioriteti
-
11 Dekabr 2023 17:47
Xalqa sadiqlik təcəssümü
-
21 Noyabr 2023 17:41
Ümummilli maraqlara sədaqət
-
18 Noyabr 2023 11:06
Binəqədidə sakinlərin problemlərinin aradan qaldırılması məsələləri müzakirə edilmişdir