“Ali təhsil müəssisələrində xeyli müstəqil addımlar atılır” -Emin Əmrullayev

  • By admin
  • 13 Mart 2023 10:52

“Ali təhsil müəssisələrinə akademik muxtariyyətin verilməsi doğru istiqamətdir”. 

Gununsesi.info xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, ilk məsələ fakültələrin muxtariyyətidir: “Dünyanın inkişaf etmiş ölkələrində universitet fakültəsi özləri yarımüstəqil fəaliyyət göstərir. Bir çox məsələlərdə heç kimlə razılaşmadan özləri qərar qəbul edir.

Burada iki məsələ var. Azərbaycanın ali təhsil müəssisələrində xeyli müstəqil addımlar atılır. Problemlərdən biri odur ki, bu gün yazılan bir qayda bütün universitetlər üçün işləmir. Hər hansı dəyişiklik üçün mütləq qanunvericilik dəyişilməlidir. Maliyyə muxtariyyəti də önəmlidir. Ayrı-ayrı universitetin gəlirləri fakültələr üzrə mexanizm formalaşmalıdır”.

Gununsesi.info