Ali təhsildə kredit sisteminin tətbiqi təsdiq edildi

  • By admin
  • 05 Noyabr 2021 14:04

Parlamentin bu gün keçirilən iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Gununsesi.info-nun məlumatına görə, dəyişikliyə əsasən, ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.

Bununla yanaşı, orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom verilir.

Təklif olunan dəyişikliklər yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kredit sisteminin tətbiqi və bu təhsil səviyyəsi üzrə subbakalavrların topladıqları kreditlərin ali təhsil müəssisələrində nəzərə alınması məqsədi daşıyır.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gununsesi.info