Ali təhsilsiz milyarderlər – FOTOLAR

  • By admin
  • 15 Sentyabr 2016 22:36

publika-az1472737884dfgthdrtuet6tgnjsfdrysdgftetrdfbgsdgdfghfhjgyjhgkfghk

 

Bill Qeyts, Roman Abramoviç, Mark Zukerberq və başqa sahibkarlar karyera xatirinə ali təhsili atıb.

 

Publika.az  Bilik Günü münasibətilə ali təhsil almayan milyarderləri yada salmaq qərarına gəlib. Lakin bu, onlara planetin ən nüfuzlu adamlardan biri olmağa, eləcə də sərvətini artırmağa mane olmayıb.

 

Mark Zukerberq

Facebook founder and CEO Mark Zuckerberg poses at Facebook headquarters in Palo Alto, Calif., Feb. 5, 2007. In an about-face following a torrent of online protests, Facebook is backing off a change in its user policies while it figures how best to resolve questions like who controls the information shared on the social networking site. (AP Photo/Paul Sakuma)
Facebook founder and CEO Mark Zuckerberg poses at Facebook headquarters in Palo Alto, Calif., Feb. 5, 2007. In an about-face following a torrent of online protests, Facebook is backing off a change in its user policies while it figures how best to resolve questions like who controls the information shared on the social networking site. (AP Photo/Paul Sakuma)

Mark Zukerberq uşaqlıqdan proqramlaşdırma ilə məşğul olub, özü də bu, onda çox uğurla alınıb. Həm də yuxarı siniflərdə oxuduğu zaman AOL və Microsoft kimi kompüter nəhəngləri gənc istedad sahibinə öz şirkətlərində, özü də çox yaxşı maaşla iş təklif edirdilər. Amma Zukerberq ali təhsilini davam etdirməyə qərar verir və Harvardın psixologiya fakültəsinə qəbul olur. Lakin “facebook” kimi məşhur sosial şəbəkəni yaratdıqdan 2 il sonra təhsilini yarımçıq buraxır. Qeyd etmək lazımdır ki, bu, onun uğurlu karyerasına təsir göstərməyib. Artıq 2010-ci ildə “Times” jurnalı Mark “İlin adamı” adlandırmışdı.

 

Stiv Cobs

steve-jobs-apple-co-founder_w187-1280

Kompüter sənayesinin daha bir dahisi və “Apple” şirkətinin rəhbəri Stiv Cobs da təhsil haqqında diplomunu ala bilməyib. “Apple”-in gələcək yaradıcısı 1972-cu ildə Amerikanın ən bahalı özəl məktəblərin birinə – Rid-kollecinə daxil olub. Amma o, dərsə getmək əvəzinə vaxtının çoxunu şərq terapiyaları (o, yoqa ilə məşğul olub) və öz kompüter şirkətini yaratması barədə xəyallara dalırdı. 4 il sonra bu dahi şəxsiyyət nəinki öz arzularını reallığa çevirib, həm də bəşəriyyəti yeni texnoloji cihazlarla sevindirməyə nail olub.

Roman Abramoviç

2

Ən uğurlu rusiyalı iş adamlaından biri Roman Abramoviç bir müddət Uxta sənaye institutunun meşə təsərrüfatı fakültəsinin tələbəsi olub. Amma pul qazanmaq istəyi təhsil almaq həvəsini öldürüb. Bu səbəbdən də bir neçə il sonra təhsili atıb, özünü tamamilə biznesə həsr etməyə qərar verib. Və onun bu səyləri puça çıxmayıb.

Bill Geyts

1397038054_1

Microsoft şirkətinin banisi uzun illər ərzində planetin ən varlı adam sayılırdı. Bununla belə gələcəyin milyarderi müvəffəqiyyətsiz nəticə göstərdiyinə görə 1975-ci ildə Harvard universitetinin hüquq fakültəsindən biabırçı şəkildə qovulub. Hər halda bu, Billin xeyrinə işləyib. O, nəhayət ki, bütün vaxtını sevdiyi işə – proqramlaşdırmaya həsr edib.

Henri Ford

fordhenry

Henri Ford öz ilk şirkətini yaradanda onun 36 yaşı təzəcə tamam olmuşdu. Və əgər siz onun bu yaşa qədər bütün vaxtını kitabxanalarda sahibkarlığın sirlərinə yiyələnməyi öyrənməklə keçirdiyini düşünürsünüzsə, çox yanılırsınız. Henri kənd məktəbini bitirib və 16 yaşından adi zavodunda mexanik işləyib. O, hətta ali təhsil müəssisəsinin diplomunu almaq haqqında heç vaxt düşünməyib. Onu hər şeydən çox kəşflərini reallaşdıra bilmək maraqlandırırdı.

İnqvar Kamprad

İnqvar Kamprad adı sizə tanış gəlməyə bilər, amma onun “IKEA” şirkətinin təqdimatda dəqiq ehtiyacı yoxdur. Əslində milyarder öz sahibkarlıq fəaliyyətini məktəbdən başlayıb ki, o, öz sinif yoldaşlarına karandaşlar, dəftər və sair dəftərxana ləvazimatları satmağa başlayıb. Böyüdükdən sonra İnqvar  ucuz mebel ticarəti ilə məşğul olub, daha sonra isə öz məhsullarının istehsalına başlayıb.

 

Gununsesi.info