Alim Qasımov: “O deyilənlərlə getsəm, indi qəbirstanlıqda idim” - VİDEO

“Allah sevdi, istədi, Alimi Alim Qasımov etdi. Alim adi bir fəhlə olacaqdı”.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Həmin Zaur” verilişində Xalq artisti Alim Qasımov deyib.

HTML tutorial

O, sənət fəaliyyətində gecə-gündüz əziyyət çəkdiyini söyləyib:

“Alim Qasımov öyrəndi, tamahını az etdi, onun dalınca getmədi. Məsələn, məni toylara çağırırdılar, deyirdim, həmin gün filan yerdə məclisdəyəm. O deyilənlərlə getsəm, indi qəbirstanlıqda idim. Çalışıram ki, özüm-özümə hörmət edim, qayğıma qalım. Xanımım da qulluq edir. Çalışır ki, xəstə yatağına düşməyim. Bilir ki, mən xəstələnəndə əsəbi oluram”.

Gununsesi.info