Alim Qasımov qızı ilə Londonda konsert verdi

  • By admin
  • 15 İyul 2016 14:22

esas

 

Azərbaycanın Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova Londonun “Wiqmore” konsert salonunda geniş konsert proqramı ilə çıxış ediblər.

Gununsesi.info  tanınmış  xanəndənin şəxsi “facebook” səhifəsinə istinadən xəbər verir ki, konsertdə ənənəvi olaraq, bir sıra muğamlar, təsniflər və müxtəlif bəstəkar mahnıları səsləndirilib. Konsertdə xanəndələri Rauf İslamov, Rəfael Əsgərov, Cavidan Nəbiyev və Zəki Vəliyev müşayiət edib.

Xatırladaq ki, səfər çərçivəsində dünya şöhrətli muğam ustası İngiltərənin SOAS Universitetində ustad dərsləri keçib.

 

alim

alim 2

alim 3

alim4

Gununsesi.info