
Böyük Britaniyada aparılan hərtərəfli araşdırmaya görə, səhər saatları insanların ən yaxşı əhval-ruhiyyədə olduğu vaxt dövrü kimi önə çıxır. London Universitet Kolleci (UCL) tərəfindən aparılan araşdırma, fərdlərin səhərlər özlərini daha xoşbəxt hiss etdiklərini, lakin gecə yarısına doğru onların əhval-ruhiyyəsinin mənfiyə doğru dəyişdiyini müəyyən edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 2020-ci ilin martından 2022-ci ilin martına qədər həyata keçirilən UCL Covid-19 Sosial Tədqiqatının bir hissəsi olaraq, 49,218 böyükləri əhatə edən bir milyona yaxın sorğu cavabı təhlil edilib. Araşdırma fərdlərin səhər saatlarında daha optimist olduqlarını və gecə yarısı yaxınlaşdıqca əhvallarının əhəmiyyətli dərəcədə aşağı düşdüyünü müəyyən edib.
Mütəxəssislər, iş günləri və fəsillərin də xoşbəxtlik səviyyəsinə təsir etdiyini qeyd ediblər. Tapıntılara görə, çərşənbə axşamı və yay ayları insanların özlərini ən yaxşı hiss etdiyi dövrlər sırasındadır. Digər tərəfdən, əhval-ruhiyyənin dəyişməsi həftə sonları daha çox olub, iş günlərində isə daha sabit əhval-ruhiyyə müşahidə olunub.
Orxan Saffari