Alimlər “delta” ştammından qorunmağın çarəsini tapdılar

  • By admin
  • 12 İyul 2021 10:02

Tayland Qırmızı Xaç Cəmiyyəti, həmçinin Milli Genetik Mühəndisliyi və Biotexnologiya Mərkəzinin tədqiqatçıları “AstraZeneca” və “Sinovac” peyvəndlərinin birləşməsinin koronavirusun “delta” ştammından qoruduğunu aşkar ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Thai PBS” telekanalı məlumat verir.

Mütəxəssislər müxtəlif dərman birləşmələrinin bir neçə sınağını aparıblar.

Məlum olub ki, “Sinovac” peyvəndinin ikiqat tətbiqinin ardınca “AstraZeneca” inyeksiyası edildikdə, bədən “delta” ştammına müqavimət göstərəcək qədər anticisim istehsal edir.