Alış-verişi dayandırıb zibilin içinə baxmağa başladı - İki il ərzində 50 min dollar qənaət...

  • By Admin2
  • 11 Mart 2025 11:00

ABŞ-ın Florida ştatında yaşayan 22 yaşlı Melani Diaz zibildən paltar, ev heyvanı yemi və məişət əşyaları toplayaraq iki il ərzində 50 min dollar qənaət etdiyini iddia edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ- ın Florida ştatında yaşayan 22 yaşlı Melani Diaz qeyri-adi qənaət üsulu ilə sosial mediada diqqət çəkib.

Bildirilir ki, o, daha əvvəl fotoqraf olub və buna görə işini də atıb.

O, bildirir ki, iki il ərzində paltar və ya ev əşyalarına heç bir pul xərcləməyib.

“New York Post” qəzetinin yazdığına görə, Diaz ilk dəfə zibil qutusuna girəndə kitablar, oyuncaqlar və çoxlu təkrar istifadə edilə bilən əşyalar tapıb.

Bu təcrübə onun bu sahəyə marağının daha da artmasına səbəb olub. Zaman keçdikcə onun ehtirası tam zamanlı bir məşğuliyyətə çevrildi və o, gündə 4-5 saatını zibil tullantılarını süzməyə sərf etməyə başladı.

Kəşf etdiyi şeylər sayəsində Diaz geyim və digər zəruri şeylərə pul xərcləməyi dayandırdı. “Zibil yığmağa başlayandan bəri çox şeyə qənaət etdim . Bu pulla dünyanı gəzdim” deyib.

Bəzi insanlar tapdıqlarını satarkən, Diaz tapdığı əşyaları satmır, istifadə etmək istəmədiyi əşyaları bağışlayır.

Orxan

Gununsesi.info