Alişanın bu sözləri nişanlısını əsəbiləşdirəcək

  • By admin
  • 22 İyul 2017 21:08

alisan-eda-e-093047IX
Müğənni Alişan yeni müsahibəsində nişanlasını əsəbiləşdirə biləcək sözlər deyib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, “Sevgidə görünüş tələbləriniz nədir” sualına belə cavab verib:

“Çox gözəl, çox seksual, hər kəsi döndürüb baxdıra biləcək bir qadınla evlənmək istəməzdim. Yanımdakı qadın daha normal olmalıdır. Belə də oldu, çox şükür”.

Onun bu sözləri sevgilisini gözəl saymaması kimi izah edilib.

Alişan bu sözlərlə həmçinin həmkarı Sərdar Ortaça söz atıb. Sərdar bir müddət əvvəl “Küçədə hər kəs dönüb xanımıma baxır, qürur duyuram” demişdi.

Qeyd edək ki, Alişan aparıcı Esra Erolun bacısı Eda ilə nişanlanıb.

Gununsesi.info