Alışanovun kürəkəni SOCAR-dan getdi - "İş fəaliyyətimi beynəlxalq müstəviyə keçirmək qərarı aldım" (ÖZƏL)

  • By admin
  • 14 Sentyabr 2016 14:53

pa5fnxx771fi

Sabahdan etibarən 2 ildir birlikdə işlədiyim SOCAR komandasından ayrılıram“.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının keçmiş sədri, AzTV-nin şefi Arif Alışanovun kürəkəni Orxan Əkbərov deyib.

“İş fəaliyyətimi beynəlxalq müstəviyə keçirmək qərarı aldım. Eyni zamanda, akademik fəaliyyətə davam etmək arzumu da həyata keçirmək şansım yarandı.
Bu müddətdə mənimlə çalışan bütün dostlarıma səmimi minnətdarlığımı bildirir, peşəkarlığınıza inandığımı bir daha qeyd etmək istəyirəm”-deyə, o, daha sonra qeyd edib.

Qeyd edək ki, bir zamanlar adı “Nurcu”luqda hallandırılan O. Əkbərov 3 il öncə A. Alışanovun qızı ilə evlənib.

Onu da qeyd edək ki, bu, Alışanovun qızının ikinci evliliyidir, onun birinciu həyat yoldaşından iki övladı var.

Gununsesi.info