Kayseridə Fetullahçı Terrör Təşkilatınn (FETÖ) sözdə “imamlarından” olduqları iddiasıyla Təhlükəsizlik İdarəsinin, eləcə də Qaçaqçılıq və Cinayətlə Mübarizə Təşkilatının əməkdaşları tərəfində dünən gün gözaltına alınan 13 nəfər şübhəlinin istintaqı tamamlanıb.
Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, istintaq əsnasında haqlarında gözaltı qərarı çıxarılan 13 əfər fərari və Boydak Holdinqin İdarə Heyətinin sədri Şükrü Boydakın həyat yoldaşı Aliyə Boydak polisə təslim olub. Uşaqda yaxalanan bir qadın da onunla birlikdə Kayseriyə gətirilib. Kayseri Təhsil və Araşdırma Xəstəxanasında sağlıq müayinəsindən keçirilən 2-si qadın olmaqla 15 nəfər ədliyyəyə sövq edilib.
Gülnaz Qənbərli
Gununsesi.info