“Alkoqollu içkilər və tütün məmulatları ilə bağlı yeni aksizin tətbiqi məsələsinə baxmalıyıq” - DEPUTAT

  • By admin
  • 07 Noyabr 2017 15:34

İnsanlar Azərbaycandakı devalvasiya şokunu içki və siqaretlə atladırlar. O baxımdan Vergi Məcəlləsinə alkoqollu içkilər və tütün məmulatları ilə bağlı yeni aksizin tətbiqi məsələsinə baxmalıyıq”.

Gununsesi.info xəbər verir ki, bunu deputat  Zahid Oruc bu gün Milli Məclisdə komitələrdə 2018-ci ilin büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu gün maliyyə naziri Samir Şərifov gələn ilin büdcəsində gəlirlər məsələsinə toxunaraq deyib ki, bücədə daha çox gəlir əldə etmək üçün aksiz markasını iki dəfə qaldırmağı nəzərə tuturlar və bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik nəzərdə tutulur: “Bu məsələyə bəlkə yenidən baxmaq lazımdır və əhalinin vəziyyətini düşünmək lazımdır. Axı insanlar devalvasiya şokunu içki və siqaretlə atladır. Odur ki, bu məsələyə yenidən baxmağı təklif edirəm”.

Mürtəza

Gununsesi.info