“Jara” musiqi festivalının üçüncü günü Rusiyanın məşhur müğənnisi Alla Puqaçovanının yaradıcılıq gecəsi keçirilib.
Gununsesi.info xəbər verir ki, gecədə primadonna qırmızı xalıya çıxmayıb. Birbaşa səhnəyə gələn Puqaçovanı sənət dostları təbrik edib.
Alla gecədə sevilən mahnılarını səsləndirib. Həyat yoldaşı Maksim Qalkin də konsert zamanı Puqaçovanı tək qoymayıb. Alla və Maksim birlikdə “Eto lyubov” və “Pod odnim flaqom” mahnılarını səsləndirib.
Gununsesi.info