Alla Puqaçova Rusiyada solo konsert vermək istəyir

Rusiyalı müğənni Alla Puqaçova 2024-cü ilin sonuna qədər Rusiyada böyük solo konsert verməyə hazırlaşır.

Gununsesi.info Mash-a istinadən xəbər verir ki, bu barədə ifaçının prodüseri Sergey Dvortsov deyib:“Avqustda Puqaçova uşaqları ilə birlikdə Rusiyaya gəlməlidir. Bir həftəlik səfəri zamanı o, mümkün konsert üçün məkanlara baxmağı, hüquqşünaslarla danışmağı və müsbət və mənfi cəhətləri ölçməyi planlaşdırır”.

Bildirilib ki, müğənni əri, Maksim Qalkinin “Xarici agent” statusunu niyə aradan qaldıra bilmədiyini və mümkünsə buna təsir göstərdiyini anlamaq istəyir.

Xatırladaq ki, Puqaçova sonuncu dəfə Rusiyaya 2023-cü il noyabrın 2-də gəlib.

Daha əvvəl media müğənninin Ukraynanı dəstəkləməklə bağlı fəaliyyətini dayandırdığını və Rusiyadan  getdiyi bildirilmişdir.

 

 

Şəbnəm

Gununsesi.info