![](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/bal9-250x200.jpg)
![bal9](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/bal9.jpg)
Parlament Jurnalsitləri Birliyi (PJB) və Balakən rayonunun millət vəkili Nəsib Məhməliyevin təşkilatçılığı ilə 9 Noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq Azərbaycanın Şimal-Qərb bölgəsində bir qrup jurnalist bayraq aksiyası keçirdi.
Aksiya ilk olaraq Balakən rayonndan başladı. İlk olaraq onu qeyd edim ki, yol boyu aksiyanın hansı formada təşkili və keçirilməsi ilə bağlı müəyyən fikir mübadilələri zamanı müəyyən tərəddüdlər var idi. Aksiya hansı effekti verəcək, yerli sakinlər bizi necə qarşılayacaq? Reaksiya necə olacaq?
Aksiyaya Balakən rayon mərkəzindəki H.Əliyev parkından başlamağı qərar verdik. Məqsəd iki min ədəd bayrağı bölgədə müxtəlif yaşayış məntəqlərində əhaliyə paylamaq və Bayraq bayramı ilə bağlı maarifləndirmə işi aparmaq idi. Və elə ilk bayraq payladığımız şəxs parkın elektrik işləri üzrə məsul şəxsi oldu.
Hər bir insanla söhbətimiz zaman bizi çox mehribanlıqla qarşılayan rayon sakinləri Bayrağa böyük sayğı ilə yanaşaraq, bir deyil, hətta, bir neçəsini istəyirdilər. Azərbaycanın üçrəngli bayrağı vəVətən haqqında öz ürək sözlərini çox səsmimi formada ifadə edirdilər. Sosial-iqtisadi vəziyyətin insanların üzündə yaratdığı sıxıntılara baxmayaraq, Azərbaycan bayrağı və Vətənin gələcəyi ilə bağlı yüksək düşüncələrə malik idilər.
Yaşlı Xavər xalanın bayraq və Vətən haqqında dedikləri daha ürəkləri riqqətə gətirdi: “Baxmayaraq ki, bu gün çətinliklərimiz çoxdur. Təki Allah bizi Vətənsiz, bayraqsız etməsin. Çünki çətinliklər müvəqqətidir. İnsan varsa, çətinliklər, sıxıntılar olacaq. Amma Vətənsiz, dövlətsiz olmaq çox çətindir. Qoy bayrağımız hər zaman ölkəmizin səmasında dalğalasın. Tezliklə Vətənimizin üzərindəki qara buludlar çəkilsin. Torpaqlarımız tezliklə işğaldan azad olsun”.
Biz sadəcə, bu ana qarşısında baş əyərək təşşəkürdən başqa bir söz deməyə qüdrətimiz çatmadı. Çünki ANAmızın bu sözlərindən təsirlənərək gözlərimiz dolmuşdu… Bu sözlər bir gün keçməsinə baxmayaraq, hələ də qulağımda eşidilir . Elə bilirəm ki, bunu bütün AZƏRBAYCAN ANALARI uca səslə və birgə təkrarlayır.
Növbəti qonaqlarımız elə Balakən rayon Bədəğar tam orta məktəbinin , Nəsimi adına şəhər 2 saylı tam orta məktəbinin və Qullar kənd 1 saylı tam orta məktəbinin 11-ci sinif şagirdləri oldu. Deyim ki, aksiya bizim gözlədiyimizdən daha effektli və əks-sədaya səbəb oldu. Onların bayraq haqqında fikirləri bizi də təsirsiz buraxmadı. Yeniyetmələrin gələcəkdə Azərbaycanın inkişafı üçün əllərindən gələni edəcəyi və Vətən uğrunda döyüşə hazır olmaları bizdə gələcəyimizə böyük əminlik hissi yaratdı.
Balakən şəhər mərkəzində hər bir insan bizi çox mehribanlıqla qarşılayar və bu hərəkətləri ilə bizə ruh yüksəkliyi açılayır və bu işi daha ürəkdən etməyə sanki sövq edirdilər. Başımıza toplaşaraq bizimlə çox mehribancasına söhbət edir, bilmədiklərini soruşur, bayraq istəyirdilər. Bayraq əldə etmək üçün başımıza toplaşıb nəinki piyadaların hərəkətini, hətt,a maşınların da hərəkətini çətinləşdirirdilər. Hərəkətin bu sıxlığına baxmayaraq, sürüclülər də öz BAYRAQ payını istəyir, maşınında və yaxud evində AZƏRBAYCAN BAYRAĞINI böyük qürurla asmaq istədiyini dilə gətirirdilər. Bir neçə bayraq verməyəndə isə bizdən inciyirdilər də…
Biz Balakənin Katex qəsəbəsində, Zaqatalada, Qax, Şəki və və onun kəndlərində də eyni mənzərənin şahidi olduq. Və bir daha insanlarda bu VƏTƏNƏ, BAYRAĞA olan hörmət, izzətin şahidi olduq.
![bal](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/bal.jpg)
![bal1](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/bal1.jpg)
![bal2](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/bal2.jpg)
![bal3](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/bal3.jpg)
![bal4](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/bal4.jpg)
![bal5](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/bal5.jpg)
![bal6](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/bal6.jpg)
![bal7](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/bal7.jpg)
![bal8](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/bal8.jpg)
![bal9](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/bal9.jpg)
![bal10](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/bal10.jpg)
![bal11](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/bal11.jpg)
![bal12](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/bal12.jpg)
![bal13](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/bal13.jpg)
![bal14](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/bal14.jpg)
Mürtəza
Bakı-Balakən-Zaqatala-Qax- Şəki-Bakı
Gununsesi.info