
Yay mövsümü ilə istirahətini-tətilini ölkə hüdudlarından kənarda keçirənlər arasında tanınmış sənətkar, gözəl muğam ifaçısı, “Şöhrət” ordenli Xalq artisti Səkinə İsmayılova da var.
Gununsesi.info-nun məlumatına görə, xanım sənətçi bu günlərdə Türkiyənin məşhur kurort şəhəri olan Antalyaya istirahətə yola düşüb.
Tanınmış ifaçı ailəsi ilə birlikdə nə az-nə çox, düz iki həftə ərzində Antalyada dincələmək qərarını verib.
Bu haqda müğənninin özü isə “Facebook” səhifəsində qıca olaraq “Allah bütün dostlarıma xoş istirahət nəsib etsin. Amin!”- deyə, fikirlərini bölüşüb və nəvəsi ilə birgə fotosunu paylaşıb.
K.Həmzəoğlu
Gununsesi.info