Mən özüm istəyən bir yerdə, şəhərin yaxşı bir yerində əziyyət çəkdiyim, yığdığım pullar ilə nəhayət, bir ev aldım.
Gununsesi.info xəbər verir ki, bu sözləri aktyor Müşfiq Şahverdiyev yeni aldığı ev haqda kult.az-a danışarkən deyib. O, neçə illərdir ki, kirayədə yaşadığını bildirib:
“Hamı istəyir ki, özünə bir biznes qursun. Amma hələ ki, mənim bir biznesim yoxdur. Neçə vaxt idi ki, nə qazanırdımsa, çalışırdım onunla özümə şərait qurum. Hələ yeni ev almışam. Allaha qurban olum, bunu mənə qismət etdi. Arzuladığım, şəhərin yaxşı bir yerində əziyyət çəkdiyim, yığdığım pullar ilə nəhayət, bir ev aldım. Allah qoysa, bundan sonra da özümə bir biznes quracam”.
Gununsesi.info