Allahşükür Paşazadə: “Bizim də Qarabağ boyda dərdimiz var”

  • By Mayil
  • 12 Oktyabr 2016 12:58

pasa 

“Biz şəhidliyin nə olduğunu yaxşı bilirik. İmam Hüseyn Kərbəlada vətən, xalq yolunda şəhid oldu. Bizim də Qarabağ boyda dərdimiz var. Biz də xeyli sayda şəhid vermişik. Allahu təala şəhidlərimizə rəhmət eləsin! Aşura günü bizi sındırmamalıdır, əzməməlidir. Biz düşmənə qarşı daha sıx birləşməliyik”. 

Gununsesi.info-nun məlumatına görə, bu haqda  Qafqaz müsəlmanları İdarəsinin (QMİ) sədri , şeyxülislam  Allahşükür Paşazadə Aşura günü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verərkən deyib.  Şeyx bildirib ki,  Azərbaycanda hər il qanvermə aksiyasında iştirak edənlərin sayı artır: “Bu ölkədə imanın, dinə olan münasibətin artmasının göstərisidir. Bu gün dinindən, məzhəbindən asılı olmayaraq, hər kəs qanvermə aksiyasında iştirak edir. Əgər sovet dövründə ölkədə 17 məscid var idisə, bu gün 2000-dən çox məscid var. Bu da dövlətin dinə olan münasibətinin göstəricisidir. Bu gün ölkədə dindarlar üçün bütün şərait yaradılıb. Azərbaycanda Aşura günü qanvermə aksiyasının keçirilməsi dünyada çox bəyənilir. Hətta Türkiyə də Azərbaycanın bu təcrübəsindən istifadə edəcəyini bildirib. Bu gün dünyanın bir sıra ölkələrində qanvermə aksiyası keçirilir”- deyə, o, bildirib.   

Gülnaz Qənbərli

Gununsesi.info