Allahşükür Paşazadədən Hacı Şahinlə bağlı PAYLAŞIM -FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün ürəktutmadan dünyasını dəyişən Hacı Şahin Həsənli ilə bağlı paylaşım edib.

Gununsesi.info xəbər verir ki, şeyxülislam sosial şəbəkə hesabında aşağıdakıları qeyd edib.

“Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü ilahiyyatçı Hacı Şahin Həsənli haqqın dərgahına qovuşub. Yaxınlarına, sevənlərinə Allahdan səbr diləyirik, Allah rəhmət eləsin. Ruhu şad olsun”, – Allahşükür Paşazadə qeyd edib.

Gununsesi.info