Allahverdi Mirzəyevi qətlə yetirən şəxs tutuldu

  • By admin
  • 11 Dekabr 2021 10:06

Bakıda dünən axşam saatlarında evinin qarşısında güllələnən Allahverdi Mirzəyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

DİN Mətbuat xidmətindən sayta verilən məlumatda  bildirilib ki, dekabrın 10-u saat 21 radələrində əvvəllər məhkum olunmuş Allahverdi Mirzəyevin odlu silahla qətlə yetirilmiş meyiti yaşadığı evin həyətində tapılıb.

HTML tutorial

Suraxanı RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Mirzəyevi qətlə yetirməkdə şübhəli bilinən qaynı Taryel Qurbanov olması müəyyən edilib və o, isti izlərlə tutularaq istintaqa təhvil verilib. Qətlin ailə münaqişəsi zəmnində baş verdiyi qeyd olunur.

A.Mirzəyevin əvvəllər Cinayət Məcəlləsinin 211-ci (xuliqanlıq) maddəsi ilə məhkum olunduğu bildirilir.

Gununsesi.info