Allergik xəstəlikləri olanların diqqətinə!

Əgər sizin uşaqda bal, sitruslar, yumurta, şirniyyat yedikdə allergiya baş verirsə, həmin qidalar qadağan olunmalıdır.

Gununsesi.info xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev bildirib.

Həkim qeyd edib ki, həmin qidaların istehlakı zamanı uşaqda bronxial astma tutması yaranır:

“Bronxial astma tutması zamanı tənəffüs yolları daralır və xəstənin sürətli müdaxiləyə ehtiyacı olur. Bəzən valideynlər etiraz edir ki, uşağa bu qidaları vermək istəyirik. Belə halda isə seçim yaranır: ya yumurta, bal, şirniyyat, ya da bronxial astma”.

Gununsesi.info