Allergiyanı sağaldan bitkilər - FOTOLAR

  • By admin
  • 24 Dekabr 2016 10:30

unnamed-11

Allergiya zamana-zaman uşaqdan böyüyə əksəriyyətin əziyyət çəkdiyi xəstəliklərdəndir. Gununsesi.info allergiyayla mübarizədə və onun müalicəsində daha  yaxşı təsir edən bitkilərin siyahısını təqdim edir.

Allergiya ilə bağlı narahatlıqlar dəridə səpkilər, qaşınma və allergik rinit kimi müxtəlif narahatlıqlara səbəb olur. Müasir təbabətdə həkimlərin tətbiq etdikləri müalicələrlə yanaşı, alternativ olaraq bitkilərdən də istifadə etmək mümkündür. Məhz, allergiyaya yaxşı təsir edən bitkilərlə sizdə tanış olun;
 Yulaf əzməsi:
Karbohidrat baxımından zəngin olan yulaf əzməsi, bədənə  enerji verib gücləndirməkdə, eləcə də bədənin verdiyi allergik reaksiyalara qarşı da əhəmiyyətli dərəcədə təsir göstərir. Yulaf əzməsi E və B vitaminləri, dəmir, mis, sink, maqnezium və kaliumla zəngin olan qidadır.
 Senna çayı
Qaşınma və soyuqdəymə kimi əlamətlər verən allergiyalarda senna çayı olduqca yaxşı nəticələr verir. Bağırsaq problemlərinə qarşı da istifadə ediləcək olan sennanın həftədə bir dəfə içilməsində fayda vardır.
 Soya lobyası
İmmunitet sisteminin möhkəmlənməsini təmin edən və xəstəliklərə qarşı qoruma təmin edən soya lobyası, kalsium, dəmir və fosforla zəngindir. Həmçinin, tərkibindəki  zəngin vitamin və minerallar sayəsində də bəzi  allergik xəstəliklərə qarşı yaxşı təsir göstərir.
Cəfəri
C vitamini baxımından olduqca zəngin bir bitki olan cəfərinin istehlak edilməsi nəticəsində, allergiya azalır və sürətli yaxşılaşma baş verir. Tələb olunarsa cəfəri, çay kimi dəmlənərək içilməklə də istehlak edilir.
 Soğan
Daşıdığı flavonoidlərə görə allergik xəstəliklərdə çox təsirlidir. Orqanizm allergik reaksiyalar verdikdə istehsal etdiyi kimyəvi maddələrə histamin adı verilir. Anti-histamin xüsusiyyəti olan soğanın istehlak edilməsi allergiyanın ortaya çıxardığı kimyəvi quruluşu blokada edir və yaxşılaşmanı təmin edir.
Qızçiçəyi
Olduqca qüvvətli bir antibiotikdir. Bədən müqavimətinin düşdüyü zamanlarda formalaşan allergik reaksiyalarda müalicə edicidir. Bədən müqavimətinin artmasına dəstək olan qızçiçəyini qurudub dəmləyərək də istifadəedə bilərsiz.
 Gicitkən
Çiçək tozunun havaya qarışması nəticəsində yaranan allergik rinitə qarşı təsirlidir. Yazın gəlməsi ilə yayılan bahar allergik rinitlərinə qarşı çox təsirli  bitkidir. Şəkərsiz olaraq çay şəklində də yeyilən gicitkən otunu yemək arasında istifadəedə bilərsiniz.

unnamed unnamed-14 unnamed-13

Seedpods harvested at Olinda, Maui - Credit: Forest & Kim Starr - Plants of Hawaii - Image licensed under a Creative Commons Attribution 3.0 License, permitting sharing and adaptation with attribution.

Gülnaz Qənbərli

Gununsesi.info