Alman əsgərləri İncirlik hərbi bazasını tərk edir - FOTO

  • By admin
  • 07 İyun 2017 13:34

unnamed (15)

Almaniya Nazirlər Kabineti, Alman əsgərlərinin İncirlik hərbi bazasındakı əsgərlərinin geri çəkilməsi barədə qərar qəbul edib. 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya Türkiyənin İncirlik bazasındakı 260 əsgərlik kontingentini bu ölkədən “Tornado” təyyarələrinin köməyi ilə çıxaracaq.

Xatırladaq ki, iyunun 5-də Türkiyədə səfərdə olan Almaniyanın xarici işlər naziri Ziqmar Qabrielin İncirlikdən çıxıracağını bəyan etmişdir. O, bu bəyanatı Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra verib.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Ziqmar Qabrielin “İncirlikdən çıxırıq” açıqlamasına Türkiyənin Baş naziri Binəli Yıldırım münasibət bildirib: “Almaniya necə istəyirsə elə də etsin”.

Siqmar Qabriel Ankara təmaslarında Türkiyənin Almaniya parlamenti üzvlərinin İncirlik bazasına baş çəkməsi üçün icazəsini almağa çalışırdı.

Türkiyə isə Almaniya millət vəkillərinin İncirlik bazasına getməsinə razılıq vermir.

Anar
Gununsesi.info