
Almaniyanın Baş naziri Olaf Şolz Rusiyada yaşanan muzdlu silahlı qruplaşma olan “Vaqner” üsyanı ilə bağlı açıqlamalar səsləndirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Şolz bu üsyanın Rusiya Prezidenti Vladimir Putini zəiflətdiyini deyib.
Baş nazir Şolz bu üsyanın Rusiyanın daxili işi olduğunu söyləyərək Qərbin bununla bağlı hansısa marağının olmadığını vurğulayıb. Alman siyasətçi bu üsyanla Putinin avtokratik qurumlarında çatlaqlar yarandığını bildirib. Şolz çıxışında Ukraynadakı barışıq görüşləri üçün rus əsgərlərinin bu ölkədən çəkməsinin ön şərt olduğunu dilə gətirib.
Tərcümə: Arzu