Bir cütlüyün ən xoşbəxt günü çox travmatik şəkildə bitib.
Gununsesi.info xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada yaşayan 27 yaşlı Həmzə və onun 40 yaşlı alman nişanlısı Gundula evlənmək üçün getdikləri şadlıq sarayında gözlənilməz qonaqlarla qarşılaşıblar.
Cütlük hələ evliliyə “hə” demədiyi bir vaxtda Federal İmmiqrasiya və Sığınacaq İdarəsinin 12 məmuru qəfil salona daxil olaraq Həmzəni gözlənilməz anda yaxalayıb. Səlahiyyətlilər Həmzənin ölkədə qanunsuz olaraq qaldığını və gənci nikah masasından uzaqlaşdırdığını bildiriblər.
Bəyin vəkili Qreqor Klammer bildirib ki, “Həmzə çərşənbə axşamı axşam saat 19.10-da Türkiyəyə göndəriləcək. Oradan hərbi xidmətə göndərilməsi gözlənilir”. Klammer həmçinin Avstriyanın bu addımının qanunsuz olduğunu bildirib.
Almaniyanın “Bild” qəzetinə danışan gəlin Gundula göz yaşlarına boğulduğunu bildirib. “Toy zamanı nikah məmuru qəfildən masadan qalxıb nəsə alacağını dedi. Həmin vaxt Ed Sheeranın “Perfect” mahnısı səslənirdi. Və birdən Federal İmmiqrasiya və Sığınacaq Xidmətindən 12 məmur içəri girdi”, – deyə o bildirib.
Hadisədən sonra Gundulanın halının pisləşdiyi bildirilərkən, gənc qadının 17 ildir Avstriyada yaşadığı açıqlanıb.
“Bild” qəzeti cütlüyün Vyanada bir restoranda işləyərkən tanış olduğunu bildirib. Qeyd olunub ki, psixologiya ixtisası üzrə təhsil alan Gudula ofisiant, Həmzə isə aşpaz olub.
Gununsesi.info