Alman şagirdlərdən Britaniya şahzadəsinə etirazın - MARAQLI SƏBƏBİ

  • By admin
  • 25 May 2017 11:29

harry

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın Şimali Reyn şəhərində Dario Şramm adlı bir məktəbli ingilis dili imtahanlarının çox çətin keçməsi ilə bağlı etiraza qalxıb.

10-cu sinif şagirdi Dario etirazla əlaqədar online petisiya keçirərək 43 min imza toplamağa müvəffəq olub. Onların fikrincə, ingilis dili imtahanları o qədər çətin təşkil olunur ki, bunu yalnız ingilis şagirdlər uğurla keçə bilər.

Məktəbliləri qəzəbləndirən digər məqam isə Britaniya şahzadəsi Harrinin çıxışının imtahan sualı kimi qoyulmasıdır. Şagirdlərin fikrincə, şahzadənin nitqi anlaşılmazdır və onun nə dediyindən başa düşmək olmur. Bəzi təhsil işçiləri də şagirdlərin fikrinə şərik çıxıb. Onların sözlərinə görə, şahzadənin nitqini nəinki məktəbli uşaqlar, hətta ingilis dili müəllimləri də anlaya bilmirlər.

Şagirdlər imtahanın təkrar sadə şəkildə təşkil olunmasını tələb edirlər.

 

Gununsesi.info