Almaniya 32 nəfər Azərbaycan vətəndaşını deportasiya edib

Ötən gün Almaniyadan Bakıya 32 nəfər Azərbaycan vətəndaşı deportasiya olunub. Onlar Avropa İttifaqı ilə bağlanmılş icazəsi olmadan yaşayan şəxslərin readmissiyası haqqında sazişə uyğun olaraq göndəriliblər.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) məlumatına görə, geri qayıdan şəxslər Bakı aeroportunda bu qurumun əməkdaşları tərəfindən onların ailə üzvlərinin iştirakı ilə qarşılanıb.

HTML tutorial

Qəbul koronavirusa qarşı mübarizə ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Gələn 31 nəfər öz ailəsinin müşayiətilə yaşayış yerlərinə göndərilib. Bir nəfər yaşayış yerinin olmaması səbəbindən yaşayış yerilə təmin edilmək üçün DMX-yə müraciət edib və müvəqqəti olaraq Bakıda DMX-nin saxlanma mərkəzində yerləşdirilib. Bu gün həmin şəxs qohumları tərəfindən mənzillə təmin edilib.

DMX-nin müvafiq işçi qrupu gələnlərin problemlərinin operativ həlli, onların cəmiyyətə reinteqrasiyası istiqamətində tədbirlər görür.

Gununsesi.info