Almaniya ABŞ-ı Rusiya ilə danışıqlara çağırır

“Almaniya öz ərazisində ABŞ-ın uzaqmənzilli raketlərini yerləşdirməkdənsə, Rusiya ilə danışıqlar aparmalıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Sosial Demokrat Partiyasının (SPD) üzvü Ralf Şteqner və Almaniya kansleri Olaf Şolz WDR 5-ə müsahibəsində buna çağırıb:“Biz Rusiya ilə danışıqlara başlaya biləcəyimizi görməliyik. Mən başa düşürəm ki, bu çətindir, lakin silah toplamaq bizim edə biləcəyimiz ən pis seçimdir”.

O, Berlinin öz ərazisində Amerika raketlərini yerləşdirməklə “dünyanı daha təhlükəli etməməli” olduğunu vurğulayıb.

Onun fikrincə, böhran dövründə vəziyyəti çətinləşdirməmək üçün danışıqlar lazımdır.

Daha əvvəl bildirilmişdi ki, ABŞ Vaşinqtonun NATO-ya sadiqliyini Avropa ölkələrinə nümayiş etdirmək üçün 2026-cı ildən Almaniyada uzaqmənzilli silahlar yerləşdirməyə başlayacaq.

Amerika tərəfi ora SM-6, Tomahawk və hipersəs silahlarını daxil etməyi planlaşdırır.

 

 

Günay

Gununsesi.info