Almaniya ABŞ və İran arasında atəşkəs rejimini alqışlayıb

  • By Admin2
  • 08 Aprel 2026 12:05

Almaniyanın xarici işlər naziri Yohann Vadeful ABŞ və İran arasında atəşkəsi alqışlayaraq bunu “xoş xəbər” adlandırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun sosial media səhifəsində paylaşım edilib.

“Nəhayət, siyasətdə xoş xəbərlər var! İran-İraq müharibəsində müharibə edən tərəflərin atəşkəsə razılıq vermə qərarını alqışlayıram. Bu razılaşmanı dəstəkləyən hər kəsə, xüsusən də Pakistana minnətdarlığımızı və region xalqlarının minnətdarlığını bildiririk “, – deyə Vadeful yazıb.

Onun sözlərinə görə, bu, davamlı sülhün bərqərar olması üçün ilk addım olmalıdır. Nazir qeyd edib ki, nəzarətsiz eskalasiya gözlənilməz nəticələrə gətirib çıxaracaq. Vadeful həmçinin Berlinin diplomatiyanı bacardığı qədər dəstəkləyəcəyinə əminlik verib.

Orxan

Gununsesi.info