
Almaniyanın “Lufthansa” aviaşirkəti 137 aviareysi təxirə salıb.
Gununsesi.info “İnterfaks”a istinadən xəbər verir ki, buna səbəb pilotların artıq 4 gündür davam edən tətilləri olub.
Şirkətin qiymətləndirilməsinə görə, qrafikin dəyişməsi 30 mindən artıq sərnişinin uçuş planına təsir edəcək.
Qeyd edək ki, aksiya keçirən pilotlar əmək haqqlarının 22 faiz artırılmağını tələb edirlər. Dörd gündə ümumilikdə, 345 min sərnişinə xidmət göstərməli olan 2755 reys təxirə salınıb.
Gununsesi.info