Almaniya aviaşirkəti Bakıya uçuşları bərpa etdi – FOTO

  • By admin
  • 13 Avqust 2021 10:50

Almaniyanın milli aviadaşıyıcısı – “Lufthansa” şirkəti ölkənin Frankfurt şəhərindən Bakıya uçuşları bərpa edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Bildirilib ki, aviaşirkətin təyyarəsi hava limanında ənənəvi olaraq su arkası ilə qarşılanıb.

Bakıdan Frankfurta uçuş hər həftənin şənbə günləri həyata keçiriləcək.