Almaniya Avropa İttifaqı sərhədlərində nəzarəti yumşaldır

  • By admin
  • 13 May 2020 15:20

Almaniya hökuməti COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilmiş sərhəd nəzarətini Avropa İttifaqı ölkələri ilə sərhədlərdə yumşaldacaq.

Gununsesi.org xəbər verir ki, ölkənin Daxili İşlər naziri Horst Seehofer mayın 16-dan Fransa, İsveçrə, Avstriya sərhədlərində nəzarəti azaldacaqlarını, bu çərçivədə avtomobil zolaqlarının tam açılacağını, yoxlamaların da aparılacağını bildirib.

Nazir Lüksemburqla sərhədlərini şənbə günü, qalan sərhədləri isə tam olaraq iyunun 15-dən açacaqlarını da deyib. O, eyni zamanda, səhiyyə vəziyyətinin yenidən pisləşməsi halında sərhədlərin yenidən bağlanacağı da vurğulayıb.

 

Gununsesi.org