Almaniya Avropa İttifaqını Lukaşenkoya qarşı sanksiyalara çağırıb

  • By admin
  • 13 Oktyabr 2020 10:27

 

Almaniya Avropa İttifaqını Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalara çağırıb.

Gununsesi.info xəbər verir ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək görüşündən əvvəl jurnalistlərə açıqlama verən Almaniyanın xarici işlər naziri Heiko Maas deyib ki, Minskdə keçirilən nümayişlər zamanı etirazçılara qarşı yenidən edilən zorakılıqlar diqqətdən kənarda qala bilməz.

“Lukaşenko rejimi tərəfindən zorakılıqlar davam edir, dinc nümayişçilər hələ də həbs edilir. Buna görə də biz bundan sonra necə hərəkət edəcəyimizi düşünməliyik”, Maas bildirib.

“Mən yeni bir sanksiyalar paketi hazırlanmasını təklif edirəm. Lukaşenko sanksiyalara məruz qalan insanlar arasında olmalıdır” – deyə, o bildirib.

Gununsesi.info