Almaniya Azərbaycanla nəyin ədavətini aparır? – ŞƏRH

44 günlük müharibə dövründə Almaniyanın qərəzli mövqeyinin, əsasız bəyanatlarının şahidi oluq. Güclü erməni diasporunun mövcud olduğu Fransa həmin dövrdə Azərbaycana qarşı sərt mövqe sərgiləyəndə, Almaniya siyasətçiləri də onu dəstəkləməyə çalışdılar.

Almanların qərəzli mövqeyi hələ də davam etməkdədir.

HTML tutorial

Azərbaycandakı bütün xarici diplomatlardan fərqli olaraq, Almaniya səfiri hələ də işğaldan azad olunmuş torpaqlarımıza baş çəkməyib.

Maraqlıdır ki, onlar Azərbaycana qarşı niyə belə qərəzli yanaşırlar? Ədavətləri nədir?Bununla bağlı Gununsesi.info-ya danışan politoloq Qabil Hüseynlinin sözlərinə görə, müharibə dövründə Azərbaycana qarşı ən çox ədalətsiz münasibəti sərgiləyən Fransa Almaniyanı da öz tərəfinə çəkərək, birlikdə mübarizə aparmaq istəyirdi, lakin bu təşəbbüs baş tutmadı:“Hətta müharibə dövründə Almaniyanın “Forbes jurnalı”nda Azərbaycanın apardığı müharibəni, 21-ci əsr taktikası olaraq qeyd ediblər. Çünki silahsız uçuş aparatlarından istifadə edilməsi çox böyük yenilik idi. Müharibə davam edən zaman “Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizə aparır” deyə pozitiv fikirlər də səsləndiriblər. Lakin müharibədən sonra isə televiziyalarda, qəzetlərdə, müxtəlif mətbuat orqanlarında Azərbaycanı qaralayan, müharibədəki qələbəsini çirkinləşdirməyə çalışan fikirlər söyləməyə başlayıblar”.Q.Hüseynli qeyd edib ki, Almaniya Azərbaycanı mülki əhali arasında qətliamlar törətməkdə ittiham edir:“Lakin bu qətliamları törədən ermənilər idi. Onlar Gəncə və Bərdəyə kasetli bombalar ataraq, 100-dən çox insanın ölümünə, 500-ə qədərinin isə yaralanmasına səbəb olub. Mədəniyyət ocaqlarımızı, kitabxanalarımızı, qəbirstanlıqlarımızı yerlə-yeksan ediblər. Ağdam kimi zəngin rayonda daşı-daş üstündə qoymayıblar.

Bunun bir səbəbəni xristian tərəfdarlığında görürəm. Rusiyanın Almaniyada olan lobbiçiləri erməniləri müəyyən pul müqavilində almanlarla birləşdirərək, Almaniyanın Kütləvi İnformasiya Vasitələrini ələ keçiriblər”.Politoloqun fikrincə, Almaniya Azərbaycanı Avropa neft bazarına daxil olduğuna görə hədəf götürüb:“Hazırda sürətlə qaz bazarına daxil oluruq. Onlar da Azərbaycanı pisləyərək, ölkəmizin Almaniya və ümumiyyətlə Avropa bazarına daxil olmasını istəmirlər. Buna görə də maneçilik törətməyə çalışırlar.

İnsan haqlarından danışsalar da, özləri buna əməl etmirlər. Bu da onların  keçmişinin Hitlerin bədnam ideologiyasına bağlılığını göstərir. Vaxtı ilə müharibə yaradaraq, Avropanı dağıdanlar da elə onlar özləridir..  Hazırda Azərbaycan və Ermənistan arasında yenidən müharibə olmasını istəyirlər, lakin istəkləri baş tutmayacaq”.

Gununsesi.info