Almaniya bu tarixdə Türkiyə ilə bağlı qərarını verəcək

  • By admin
  • 28 May 2017 18:45

bundestag

 

 

Alman hərbçilərin İncirlik aviabazasından çıxıb-çıxmayacağı 2 həftə ərzində bəlli olacaq.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilib.

“Türkiyə tərəfi ilə müzakirələr davam edir. İyun ayının ortalarında yekun qərar veriləcək”, – açıqlamada bildirilib.

Qeyd edək ki, Türkiyə alman deputatlara İncirlikdəki Almaniya əsgərlərini ziyarət etməyə icazə verməmişdi. Rəsmi Ankara Bundestaqın bəzi deputatlarının PKK-ya dəstək verdiyi səbəbindən bu addımı atdığını açıqlamışdı.

Almaniya rəsmiləri isə bunu təzyiq adlandıraraq, “İncirlik”dəki alman kontingentinin başqa dövlətin ərazisinə – İordaniyaya yerləşdirə biləcəklərini qeyd etmişdi.

 

Gununsesi.info