Almaniya Bundestaqının sədri Ukraynaya səfər etdi - FOTO

  • By admin
  • 08 May 2022 13:26

Almaniya Bundestaqının sədri Berbel Bas Kiyevə səfər edib.

Gununsesi.info xəbər verir ki, Bundestaq katibliyinin rəhbəri Enriko Briss məlumat verib.

O, Ukraynanın paytaxtında İkinci Dünya Müharibəsinin bütün qurbanlarının xatirəsini yad edəcəyini və siyasi danışıqlar aparacağını vurğulayıb. Onun Prezident Vladimir Zelenski ilə də görüşü planlaşdırılır.

Bundestaqın rəhbəri Ukraynaya Ali Radanın spikeri Ruslan Stefançukun dəvəti ilə gəlib.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz xarici işlər naziri Annalena Burbokun yaxın vaxtlarda Ukraynaya səfər edəcəyini bildirmişdi.

Eyni zamanda mayın 5-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə Almaniyadan olan həmkarı Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub. Bildirilib ki, tərəflər gələcək əməkdaşlığa diqqəti yönəltmək üçün “keçmişi geridə qoymağa” razılaşıblar.

Gununsesi.info