“Almaniya güzgüyə baxmaq əvəzinə tərəfdaşı Türkiyəyə pislik etdi”

  • By admin
  • 02 İyun 2016 16:50

 

Elkhan Shahinoglu

HTML tutorial

 

“Almaniya bu yolla Türkiyəni cəzalandırdı. Türkiyənin regional siyasəti Avropa İttifaqını və Almaniyanın maraqlarına cavab vermədiyinə görə Ankaranı bu şəkildə cəzalandırırlar”. Gununsesi.info xəbər verir ki, bu fikirləri “Atlas” Araşdrırmalar Mərkəzinin rəhəbəri Elxan Şahinoğlu Almaniya Bundestaqının uydurma erməni soyqrımı ilə ilə bağlı qəbul etdiyi sənədə mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, belə bir vəziyyətdə Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün sonra Berlinə planlaşdırdığı səfəri təxirə salmalıdır. Politoloqun fikrincə, Almaniya “erməni soyqrımını” tanıya biləcək sonuncu ölkə olmalıydı: “Çünki, Osmanlı Türkiyəsinin Birinci Dünya Müharibəsinə qoşulması məhz Almaniyanın təşəbbüsü ilə baş verdi. Nəticədə, Osmanlı imperiyası dağıldı, Atatürk olmasaydı, böyük dövlətlər Türkiyəni də müxtəlif hissələrə parçalayacaqdılar. Yəni, 100 il əvvəl Osmanlı Türkiyəsində baş verənlərə görə elə birbaşa Almaniya cavabdehdir. Almaniya güzgüyə baxmaq əvəzinə tərəfdaşı Türkiyəyə pislik etdi. İkincisi, Fransadan fərqli olaraq Almaniyada güclü erməni lobbisi də yoxdur ki, deyəsən Berlin bu lobbinin təsiri ilə “qətnaməni” qəbul edib. Digər tərəfdən Almaniya parlamenti ölkədə yaşayan 3 milyon türkü görməzlikdən gəldi. Qərb ölkələri tarixçilərin müzakirə etməli olduğu iddianı parlamentlərinə daşıyırlar.”

 

E.Şahinoğlu əlavə edib ki, bəs Almaniya “soyqırım” qətnaməsini indi niyə qəbul etdi? “Axı bir tərəfdən Berlin miqrant məsələsinin həllində Türkiyəyə ehtiyac olduğunu deyir, digər tərəfdən ehtiyac olduğu dövlətə arxadan zərbə vurur. Türkiyənin regional siyasəti Avropa İttifaqını və Almaniyanın maraqlarına cavab vermədiyinə görə Ankaranı bu şəkildə cəzalandırırlar. Almaniyanın bu hərəkəti ATƏT-in hazırkı sədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyinə də kölgə salacaq.

 

Bu gün Ermənistanın və erməni lobbisinin şad günüdür. Berlin işğalçı Ermənistanı cəsarətləndirdi. Belə bir vəziyyətdə fikrimcə, Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün sonra Berlinə planlaşdırdığı səfəri təxirə salmalıdır.”